İngilislər AB-də qalmaq istəmirlər
-
İngilislər AB-də qalmaq istəmirlər
Euronews-un həyata keçirdiyi rəy sorğusunun nəticələri göstərir ki, bu telekanalın tamaşaçılarının əksəriyyəti İngiltərənin Avropa Birliyindən çıxmasının tərəfdarıdır.
İRNA-nın verdiyi məlumata görə, Euronews telekanalı son günlərdə " Britaniya AB-də qalmalıdırmı?" sualı ilə bir rəysorğusu həyata keçirib.
bu günə qədər olan nəticəyə görə, auditoriyanın 59 faizi bu suala mənfi cavab verib, İngiltərənin Avropa Birliyini tərk etməsini istəyib, 41 faizin isə bu suala cavabı müsbət olub.
2016-cı il İyun ayının 23-də Britaniyada bu ölkənin Avropa Birliyi daxilində qalıb-qalmaması mövzusu referenduma veriləcək.
İngiltərənin baş naziri Deyvid Kameron da özünün ötən həftə Londondakı çıxışında AB-də qalmağın ticarət, təhlükəsizlik, iqtisadi və digər cəhətlərdən olan faydalarını xatırladıb və vətəndaşlarını Britaniyanın AB-də qalmasına səs verməyə çağırıb.
AB 28 üzvə malik olaraq hal-hazırda müxtəlif iqtisadi və siyasi problemlərlə üz-üzədir. Miqrantlar məsələsi də AB-nin son illər üçün ən əsas probleminə çevrilib.