İnsan haqları baş komisarı: Türkiyə hərbçiləri 100 nəfəri yandırıblar
https://azeri.sahartv.ir/news/dünya-i218107-İnsan_haqları_baş_komisarı_türkiyə_hərbçiləri_100_nəfəri_yandırıblar
BMT insan haqları baş komisarı deyib: Türkiyə hərbçiləri ölkənin cənub şərqində 100 nəfəri yandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2016 10:42 Asia/Baku
  • İnsan haqları baş komisarı: Türkiyə hərbçiləri 100 nəfəri yandırıblar
    İnsan haqları baş komisarı: Türkiyə hərbçiləri 100 nəfəri yandırıblar

BMT insan haqları baş komisarı deyib: Türkiyə hərbçiləri ölkənin cənub şərqində 100 nəfəri yandırıblar.

İRİB-nin Əddiyar qəzetinin internet portalına istinadlı məlumatına görə, BMT insan haqları üzrə baş komisarı Zeyd Rədül-Hüseyn deyib: Türkiyə hərbçiləri ölkənin cənub şərqində 100 nəfəri yandırıblar, bundan əlavə mülkinin üzərinə atəş açıblar.

Rəd Əlhüseyn mühasirədə olan bölgələrə jurnalistlərin daxil olması və təhqiqatların aparılmasına icazə verilməsini istəyib. O deyib: Rəsmi ankara onun böhranlı bölgələrə səfəri ilə razılaşmayıb.

Əlhüseyn kürd sakinli bölgələrdən əldə olunan görüntülərin nigaran edici olduğunu deyib.

Türkiyə ordusu aradan çıxanların toplaşdıqları 3 sığınacağı mühasirəyə alaraq bu məkanları yandırıblar.

BMT insan haqları üzrə baş komisarı deyib: Toqquşma zonalarından əldə olunan məlumatlar göstərir ki, Türkiyənin snayperləri mülkiyə o sıradan qadın və uşaqlara atəş açırlar.

Əl-Hüseyn rəsmi Ankaranı insan haqları və bu barədə beynəlxalq qanunları riayət etməyə çağırıb.