Türkiyə ordusu PKK-nın mövqelərinə hücum edib
https://azeri.sahartv.ir/news/dünya-i218119-türkiyə_ordusu_pkk_nın_mövqelərinə_hücum_edib
Türkiyə ordusu ötən illərdə ən böyük hərbi hava əməliyyatında şənbə günü İraqın şimalında və Türkiyə daxilində PKK-nın 98 mövqeyini hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2016 12:05 Asia/Baku
  • Türkiyə ordusu PKK-nın mövqelərinə hücum edib
    Türkiyə ordusu PKK-nın mövqelərinə hücum edib

Türkiyə ordusu ötən illərdə ən böyük hərbi hava əməliyyatında şənbə günü İraqın şimalında və Türkiyə daxilində PKK-nın 98 mövqeyini hədəfə alıb.

Doğan İnformasiya Agentliyinin məlumatına görə, bu əməliyyatda İraqın şimalında və Hakkari sərhəd vilayətində yaşayış massivləri olmayan bölgələrdə PKK-nın mövqeləri F-16 və F-4 qırıcı təyyarələri vasitəsi ilə bombalanıblar.

Türkiyə ötən bir neçə ayda İraqın hava zolağını dəfələrlə pozaraq bu ölkənin şimalını bombalayıb. Bu məsələ rəsmi Bağdadın etirazları ilə üzləşib.

Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, ötən 9 ay ərzində İraqın şimalında PKK-nın mövqelərinin bombalanması və Türkiyə ərazisində hərbçilərlə silahlı qarşıdurmalar zamanı təxminən 5 min PKK-çı və 400 Türkiyə hərbçisi ölüb.