ABŞ-da quşçuluq sektorunda fəhlələr dözülməz şəraitdə işləyirlər
-
ABŞ-da quşçuluq sektorunda fəhlələr dözülməz şəraitdə işləyirlər
İngiltərənin Aksfam qeyri hökumət təşkilatı bir hesabat yayaraq bildirib ki, Amerikada quşçuluq sektorunun işçiləri elə qorxunc atmosferdə işləyirlər ki, hətta tualetə getmək üçün işi dayandıra bilmirlər, bu isə onların iş başında bezdən istifadə etmək məcburiyyətində qalmaları ilə nəticələnir.
Frans Press-in verdiyi məlumata görə, həyata kerçirilən araşdırmalara görə, ABŞ-ın quşçuluq sektorunda çalışan 250 min fəhlə kütləsinin böyük bir hissəsi tualetə getmək üçün onlara vaxt verilmədiyini deyirlər, bu isə Amerikanın əmək qanunlarının açıq-aşkar pozulması deməkdir.
Aksfam bildirir: Fəhlələr özlərini bu zəruri ehtiyaca qarşı uyğunlaşdırmağa çalışırlar. Onlar işlədikləri vaxt özlərinə bez bağlayırlar, ayaq üstə tualet edirlər, bu da onların sağlamlığına ciddi ziyan vurur.
Dünya üzrə quşçuluq sahəsində ən iri şirkətlər sırasında duran Amerikanın tyson foods şirkəti bir bəyanat yayaraq öz sexlərində tualetə getmək tələbinin rədd edilməsinə heç cür dözməyəcək.
Bu şirkətlər qrupu bildirib ki, biz mənşəi müəyyənləşdirilməmiş bu kimi məlumatlardan nigaranıq, baxmayaraq ki bu kimi məlumatların doğru olduğunu isbatlayacaq faktlar hələlik əldə olunmayıb və bu barədə araşdırmalar davam edir ancaq tualetə getmək barədə qanunun icrasının təmin olunmasına çalışırıq.
Aksfam "Law Center" adlı ayrı seçkiliklə mübarizə cəmiyyətinin ABŞ-ın cənubunda Alabama ştatında 266 fəhlə arasında həyata keçirilən araşdırmanın nəticələrinə istinad edir.