Poroşenko ayrılmış bölgələrin geri qaytarılmasını vurğulayıb
-
Poroşenko ayrılmış bölgələrin geri qaytarılmasını vurğulayıb
Ukrayna prezidenti bir daha bu ölkədən ayrılan bölgələrin geri qaytarılmasını istəyib.
Çin İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko şənbə günü deyib: Ölkədən ayrılan əraziləri geri qaytarmaq və ərazi bütövlüyünü qorumaq dövlətin prioritetlərindəndir.
Ukrayna prezidenti ölkənin ayrılmış ərazilərini işğal etməkdə Rusiyanı suçlayaraq bu bölgələrin işğalının aradan qaldırılmasını istəyib.
Pyotr Poroşenko Ukraynanın şərqindəki qarşıdurmalarda xəsarət dəymiş infrastrukturların siyahısının tənzimlənməsini istəyib.
Ukrayna prezidenti ötən çərşənbə axşamı günü də bildirmişdi ki, hökumət bütün siyasi, iqtisadi, hərbi və diplomatik vasitələrlə işğalla bu ölkədən ayrılan bölgələri geri qaytarmaq üçün istifadə edir.
Krım yarımadasında 2014-cü il 6 martda referendum keçirildi. Referendumda Krımın sakinlərinin 96,77%-i Ukraynadan ayrılmağa və Rusiyaya qoşulmağa səs verdi.
Rusiya prezidenti Vladimir Putin də 18 martda Krımın Rusiyaya ilhaq edilməsini sənədini imzaladı.