Avropa bankları Amerikaya etibar etmirlər
https://azeri.sahartv.ir/news/dünya-i218188-avropa_bankları_amerikaya_etibar_etmirlər
ABŞ-ın xəzinədarlıq naziri deyib ki, İran hələ də sanksiyalar şəraitindədir və Amerika şirkətləri hələ də İranla ticarət və iqtisadi əməkdaşlıq qadağası ilə üz-üzədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2016 10:47 Asia/Baku
  • Avropa bankları Amerikaya etibar etmirlər
    Avropa bankları Amerikaya etibar etmirlər

ABŞ-ın xəzinədarlıq naziri deyib ki, İran hələ də sanksiyalar şəraitindədir və Amerika şirkətləri hələ də İranla ticarət və iqtisadi əməkdaşlıq qadağası ilə üz-üzədirlər.

İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı ötən gecə İranın 1-ci telekanalının xəbər buraxılışına verdiyi açıqlamada bildirib ki, sanksiyaların ilkin müdaxilələri, Amerika daxilindəki radikal lobbilər, sionist rejim və Ərəbistanın İranofobiya məqsədli hərəkətləri səbəb olub ki, Avropa banklarının İran bankları ilə əməkdaşlıq üçün lazımi etimadı olmasın və şübhə içində qalsınlar. Son bir neçə ildə Avropa bankları və şirkətləri İranla ticarət mübadilələrinə görə ABŞ tərəfindən 15 milyard dollar cərimə olunmuşlar. Bu da səbəb olub ki, onlar İranla azad ticarət məsələsində Amerika rəsmilərinin dediklərinə etibar etməsinlər.

Nüvə anlaşması əldə olunduğu zaman, İranın qarşı tərəfləri bildirdilər ki, maliyyə sanksiyalarını dərhal ləğv edirlər.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini belə bildirmişdi: Bu gün İranın nüvə proqramı ilə əlaqədar neçətərəfli və beynəlxalq maliyyə və iqtisadi sanksiyaları ləğv olundu.

Bu elandan bir neçə ay keçdi, Avropa şirkətləri və investorları İrana səfər etmək üçün çamadanlarını yığdılar. Amma görünür, sanksiyalar təkcə kağız üzərində ləğv olunub. Ağ Evin avropalılarla ikili oyunu imzalanan anlaşmaların müqaviləyə çevirlməməsinə səbəb olmuşdur. Çünki banklara İranla əməkdaşlıq qadağan olunmuşdur.

Almaniyada bank fəalı Nadir Maliki deyib: Almaniyada mən anladım ki, bununla əlaqədar danışmaq istəyirəmsə, böyük banklardan heç biri hazırda İran bazarına daxil olmaq istəmirlər.

Bir tərəfdən Amerikanın mənfi siqnalları, digər tərəfdən isə Con Kerrinin Avropa banklarının İranla əməkdaşlıq üzrə yarımçılıq təşviqi Avropalıların səsini yüksəltmələrinə səbəb olub.

HSBC bankı etiraz xarakterli bəyanatında Amerikanın ikili davranışlarını qəribə adlandırıb və bildirib: Avropa Banklarından İranla alış-veriş etmələrini istədiyiniz bir halda, Amerika şirkətlərinin İranla əməkdaşlığı, həmçinin bu ölkə ilə dollar mübadiləsi hələ də qadağandır.

Avropanın digər bankları, o cümlədən BNP Paribas və Döyçe Bank buna əsasən bildirirlər ki, hələlik İranla mübadiləyə girişmək niyyətində deyillər.

Bank eksperti Fabio Bendetti deyib: Banklar, xüsusilə də dollarla alış-veriş edən Avropa banklarının qarşılaşdığı ən böyük problem budur ki, təhlükə hiss etmək istəmirlər və İranla işlədiyinə görə Amerikanın maliyyə cəzaları ilə üzləşmək niyyətində deyillər.

Bu vəziyyətdə Avropa dövlətləri, bankları və şirkətləri bildirirlər ki, İranla mübadilələr üçün amerikalılar yazılı şəkildə zəmanət verməlidirlər ki, onları hər bəhanə ilə cərimə etməyəcəklər.

Avropa bankları indiyə qədər İranla əməkdaşlığa görə Amerikaya 15 milyard dollar cərimə ödəmişlər.