Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
https://azeri.sahartv.ir/news/dünya-i218206-türkiyə_azərbaycan_və_gürcüstan_müdafiə_nazirləri_görüşüblər
Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası müdafiə nazirlərinin üçtərəfli dördüncü iclası Azərbaycanın Qəbələ şəhərində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2016 13:30 Asia/Baku
  • Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
    Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər

Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası müdafiə nazirlərinin üçtərəfli dördüncü iclası Azərbaycanın Qəbələ şəhərində keçirilib.

AzərTAc-ın məlumatına görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları İsmət Yılmas və Tina Xidaşvili ilə görüşdən sonra deyib: Bu iki ölkə rəsmiləri ilə üç öklənin müştərək hərbi manevrlərinin keçirilməsi, üçtərəfli hərbi təlim proqramları, kibernetik təhdidlərlə mübarizə sahəsində əməkdaşlıq, neft-qaz boru kəmərlərinin mühafizəsində üç ölkənin əməkdaşlıq imkanı barədə danışıqlar aparılıb.

Həsənov əlavə edib: Üç ölkə hərbi müştərək anlaşma imzalamaq niyyətindədir.

Azərbaycanın müdafiə naziri həmçinin Bakıya dəvəti qəbul etdiklərinə və Azərbaycana gəldiklərinə görə Türkiyə və Gürcüstan müdafiə nazirlərinə öz təşəkkürünü bildirib və Türkiyə və Gürcüstanı Dağlıq Qarabağ münaqişəsinin həlli və son hadisələrdə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə alqışlayıb.