İngiltərənin nüvə silahlarının real hesablanması və tənqidlərin yeni dalğası
İngiltərə dövləti geniş müxalifətlərə və 9.5 trilyard funt sterlinqlik borca rəğmən, ölkənin nüvə silahlarının modernləşdirilməsini İngiltərənin təhlükəsizliyinin təmini və beynəlxalq yerinin qorunması üçün zəruri bilir.
İngiltərənin nüvə silahlarının real hesablanması və tənqidlərin yeni dalğası.
Nüvə tərksilahı koalisiyası bildirib ki, tədqiqatçılar İngiltərə dövlətinin yaydığı statistikalardan istifadə ilə başa düşüblər ki, İngiltərənin nüvə silahlarının modernləşdirilməsi xərci 205 milyard funt sterlinq və dövlətin elan etdiyi rəqəmdən təqribən ikiqat çoxdur.
Dövlət 2006-cı ildə nüvə silahlarının modernləşdirilməsi xərcini təqribən 15-21 milyard funt sterlinq elan etmişdi və indi məlum olubdur ki, bunlardan on dəfə çoxdur. Özü də elə bir şəraitdə ki, dövlət hər gün daha sərt iqtisadi siyasətləri xalqa qəbul etdirir.
Rəsmi mənbələrin bildirdiklərinə görə, İngiltərənin nüvə silahlarının ömrü 2020-ci ildə başa çatır və İngiltərə onları modernləşdirmək niyyətindədir. Xalq və anti-militarizm fəalları dəfələrlə ona etiraz olaraq, Londonun mərkəzi küçələrinə çıxıblar.
-Mən nüvə silahlarının modernləşdirilməsinin əleyhinəyəm. Bu iş dərkolunmaz bir işdir, yəni nüvə hökmranlığından istifadə etmək istəyirik? Yəni hər gün artmaqda olan işsizlik, mənzil, səhiyyə və sair problemlərə göz yummaq istəyirik? Və qəribə bir hərəkətdə puları nüvə silahlarına xərcləmək istəyirik?
Nüvə silahlarının əleyhdarları dövlətdən istəyiblər ki, nüvə silahlarının modernləşdirilməsi üzrə milyardlıq xərcləri xalqın problemlərinin həlinə sərf etsinlər.
-Nüvə silahlarının modernləşdirilməsinə xərclənməli olacaq bütün bu pullar əgər xalqın problemlərinin həllinə xərclənərsə, çox yaxşı olar.
İngiltərədə hakim partiya büdcə çatışmazlığının əvəzini çıxmaq üçün social xidmətlərin bir hissəsini kəsib və bir başqalarını da daha yüksək qiymət və daha artıq məhdudiyyətlərlə təqdim edir.