Portuqaliya Parlamenti Fələstin xalqı ilə həmrəyliyə dəstək verdi
-
Portuqaliya Parlamenti Fələstin xalqı ilə həmrəyliyə dəstək verdi
Portuqaliya Parlamenti Fələstin xalqı ilə həmrəyliyə dəstək verən və işğal edilmiş ərazilərdə Fələstin xalqının pozulan haqlarını qınayan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Portuqaliya Parlamenti Fələstin xalqı ilə həmrəylik layihəsinin ilkin mətnini dəstəkləyərək, regionda sülh və ədalətin bərqərar edilməsi, Fələstin dövlətinin təsis edilməsi və fələstinlilərin qanuni və təbii haqlarının təmin edilməsi üzrə səylərə dəstəyin davamına təkid edib.
Fələstin xalqı ilə həmrəylik layihəsində 1948-ci ildən bəri fələstinli didərginlərin dözülməz və acınacaqlı şəraitə malik olduqları xatırlanıb və 5 milyondan artıq fələstinlinin didərgin vəziyyətində yaşadığı vurğulanıb. BMT-nin bu xüsusda müxtəlif qətnamələrinə rəğmən, bu didərginlər hələ də öz torpaqlarına qayıda bilmirlər.