Amerikada daha iki neft şirkəti iflasa uğrayıb
May 17, 2016 09:03 Asia/Baku
-
Amerikada daha iki neft şirkəti iflasa uğrayıb
ABŞ-ın "Sendriç" və "Beritbern" neft şirkətləri iflasa uğramış neft və qaz şirkətlərinə qoşulublar.
Röyters-in verdiyi məlumata görə, "Sendriç Enerji" və Britbern Enerji Partnyorz" şirkətləri öz iflaslarını elan ediblər.
Rəsmi məlumatlara görə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasının ardınca, Amerikada 60 şirkət iflasa uğrayıb.
Sendriç şirkətinin açıqlamasına görə, cari ilin mart ayının sonuna qədər bu şirkətin mal varlığının dəyəri 6 milyard dollar olub. Həmin müddət ərzində şirkətin borclarının həcmi isə 4 milyard dollar təşkil edib.
Britbern şirkəti də hazırkı mal varlığının ümumi dəyərinin 4.7 milyard dollar olduğunu, borclarının ümumi həcminin isə 3.4 milyard dollar təşkil etdiyini bildirib.