Vyanada Suriyanı himayə beynəlxalq iclasının yekun bəyanatı
https://azeri.sahartv.ir/news/dünya-i218470-vyanada_suriyanı_himayə_beynəlxalq_iclasının_yekun_bəyanatı
Suriyanı himayə üzrə beynəlxalq qrup özünün Vyanada keçirilən iclasının yekun bəyanatında bu ölkədə atəşkəsin gücləndirilməsi vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2016 05:45 Asia/Baku
  • Vyanada Suriyanı himayə beynəlxalq iclasının yekun bəyanatı
    Vyanada Suriyanı himayə beynəlxalq iclasının yekun bəyanatı

Suriyanı himayə üzrə beynəlxalq qrup özünün Vyanada keçirilən iclasının yekun bəyanatında bu ölkədə atəşkəsin gücləndirilməsi vacibliyini vurğulayıb.

IRIB-nin məlumatına görə, Suriyanı himayə üzrə beynəlxalq qrupun birgünlük iclası Vyanada keçirilib və bir bəyanat verərək, bu qrupun Suriyada humanitar yardımlara tam və davamlı nailolmaya zəmanəti və bu ölkədə ümumölkə atəşkəsin gücləndirilməsini vurğulayıb.

Suriyanı himayə üzrə beynəlxalq qrupun üzvləri Suriya xalqının həyatının nicatı və kobudluqların azaldırlması hədəfi ilə döyüşlərin tam şəkildə dayandırılmasının önəmini vurğulayıblar. Onlar xüsusən son həftələrdə ciddi təhdidlərlə mübarizə çərçivəsində atəşkəsin gücləndirilməsi vacibliyini vurğulayıblar.

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura da Vyanada keçirdiyi mətbuat konfransında suriyalı mülkilərə humanitar yardımlar üçün ABŞ və Rusiyanın həmkarlığı xüsusiyyət təşkil etməklə əməkdaşlıqların genişləndirilməsinə təkid edib və deyib ki, bu köməklər sürətlə həyata keçməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Vyana iclasının sonunda müxbirlər qarşısında deyib: Terrorçuluqla mübarizə ön planda durmalıdır və Bəşşar Əsədin Suriya prezidentliyindən və hakimiyyətdən kənarlaşdırılması ön planda durmamalıdır.