Papa hicab və zühur müjdəsini müdafiə etdi
Dünya Katoliklərinin Rəhbəri deyib: Müsəlman qadının hicabı seçmək haqqı vardır. Necə ki, bir xristianın boynundan xaç asmaq haqqı vardır.
The Guardian qəzetinin məlumatına görə, Dünya Katoliklərinin rəhbəri Papa Fransisk Fransanın Katolik qəzetinə verdiyi müsahibədə deyib: İnsanlar öz mədəniyyətlərində öz dinini bəyan etmək azadlığına malik olmalı və heç bir ayrı-seçkiliklə üzləşməməlidirlər.
Papa Fransisk deyib: Doğrudur, zühur müjdəsi və son qələbə islamda vardır. İncildə də belə bir ideya şərh oluna bilər.
Papa miqrant böhranı, xristian və müsəlmanların bir-birinin kənarında sülh içində yaşamaq potensialı barəsində deyib: İndi Avropada müsəlmanlar və xristianların həmrəyliyi hər zamankından daha önəmlidir.
Avropada islam və radikallıq arasındakı istənilən əlaqəni rədd edən Papa müsəlman miqrantların təcriddə saxlanılması üzrə Avropa ölkələrinin rəftarını tənqid edib.