May 19, 2016 11:55 Asia/Baku
  • AB nümayəndəsi Türkiyə XİN-ə çağırılıb
    AB nümayəndəsi Türkiyə XİN-ə çağırılıb

Avropa Birliyinin Türkiyədəki nümayəndəsi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Röytersin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyindəki məlumatlı dairələr çərşənbə günü bildiriblər ki, nazirlik rəsmiləri Avropa Birliyinin Ankaradakı nümayəndəsinin miqrantların qəbulu şərtləri barəsində tərəflərin imzaladığı anlaşma barəsindəki sərt çıxışına etiraz olaraq onu nazirliyə dəvət ediblər.

Avropa Birliyinin Türkiyədəki nümayəndəsi bir neçə gün öncə Türkiyə və Avropa Birliyi arasında miqrantların köçürülməsi barəsində imzalanan son anlaşmanı tənqid etmişdi.

Türkiyə XİN-dəki bir rəsmi deyib: Narahatlığımızı Avropa Birliyinin Ankaradakı nümayəndəsinə bildirdik və son çıxışındakı bir sıra məsələləri pislədik.

Teqlər