San-Fransisko polis rəisi istefa verdi
İrqçi davranışların artmasını nəzərə alaraq, San-Fransisko şəhər polis idarəsinin rəisi istefa verməyə məcbur olub.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya Ştatında, San-Fransisko şəhər polis idarəsinin rəisi Grek Suher cümə axşamı, qaradərili bir qadının polis tərəfindən qətlə yetirilməsinin ardınca öz vəzifəsindən kənarlaşmağa məcbur olub.
Bir polis zabiti 27 yaşlı qaradərili qadını, idarə etdiyi avtomobili polisin göstərişi əsasında dayandırmaqdan imtina etdiyi üçün güllələyərək, qətlə yetirib.
Bu hadisə, San-Fransisko polisinin afroamerikanlara qarşı irqçi davranışlarının artdığı bir zamana təsadüf etdiyi üçün geniş etirazlara səbəb olub.
San-Fransisko polis idarəsi 2015-ci ildə Mario Vuds və 2016-cı ildə Luis Gunqora adlı qaradərili vətəndaşların qətlə yetirilməsinin ardınca istintaqa cəlb olunub.