HDP-nin 2 deputatı Türkiyədən qaçıb
https://azeri.sahartv.ir/news/dünya-i218776-hdp_nin_2_deputatı_türkiyədən_qaçıb
Türkiyə qəzeti yazıb: Xalqların Demokratik Partiyası HDP-nin iki deputatı Türkiyə parlamentində deputatların toxunulmazlığının ləğv olunması layihəsi səsə qoyulmazdan öncə bu ölkəni tərk edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2016 08:08 Asia/Baku
  • HDP-nin 2 deputatı Türkiyədən qaçıb
    HDP-nin 2 deputatı Türkiyədən qaçıb

Türkiyə qəzeti yazıb: Xalqların Demokratik Partiyası HDP-nin iki deputatı Türkiyə parlamentində deputatların toxunulmazlığının ləğv olunması layihəsi səsə qoyulmazdan öncə bu ölkəni tərk edib.

Türkiyə qəzeti yazıb: Türkiyə parlamentinə ittiham işləri göndərilən Şırnakdan seçilən Feysəl Sarı Yıldız və Vandan seçilən Tuba Həzər Türkiyə parlamentində səsvermədən öncə Avropaya qaçıblar.

Urfa Prokurorluğu Şırnak deputatı Sarı Yıldızı şəxsi avtomobillə PKK ünsürlərinə silah daşımaqda ittiham edib və Türkiyə parlamenti və Ədliyyə Nazirliyinə onun barəsində cinayət işi göndərib.

Van Prokurorluğu da Həzər əleyhiə hazırladığı cinayət işində onun Türkiyə dövlət qüvvələri ilə qarşıdurmada öldürülən PKK ünsürlərindən birinin yas mərasimində iştirak etməsinə toxunaraq onu PKK-nın xeyrinə təbliğ və cinayətlərini alqışlamaqda suçlayıb.

Feysəl Sarı Yıldız Türkiyədən qaçması barədə yayımlanan xəbərləri təkzib edərək Londonda olduğunu bildirərək deyib: 3 gün sonra proqrama əsasən tədbirdə iştirak etmək üçün İtaliyaya səfər edəcək.

Tuba Həzər də Fransada olduğunu bildirərək HDP-nin nümayəndəsi olaraq xaricə səfər etdiyini deyib: Səfər proqramı bitdikdən sonra Türkiyəyə dönəcəyəm.