ABŞ terrorçuları pis və yaxşıya ayırır
https://azeri.sahartv.ir/news/dünya-i219073-abŞ_terrorçuları_pis_və_yaxşıya_ayırır
Rusiya Milli Təhlükəsizlik Şurasının katib müavini deyib ki, ABŞ terrorçuları pis və yaxşıya ayırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2016 05:51 Asia/Baku
  • ABŞ terrorçuları pis və yaxşıya ayırır
    ABŞ terrorçuları pis və yaxşıya ayırır

Rusiya Milli Təhlükəsizlik Şurasının katib müavini deyib ki, ABŞ terrorçuları pis və yaxşıya ayırır.

TASS-ın məlumatına görə, Rusiya Milli Təhlükəsizlik Şurasının katib müavini Yevgeni Lukyanov deyib ki, Amerikanın Suriyada terrorçuların mövqerlərinə qarşı hücumlarda öz hərəkətlərini Rusiya ilə koordinasiya etməkdən çəkinməsi terrorçuların pis və yaxşıya ayrılmaları və Vaşinqtonun ikili siyasətlərinin nəticəsidir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bundan öncə Suriyada atəşkəs razılaşmasından kənar terrorçu-təkfirçi qrupların mövqelərinin bombalanmasında Amerika ilə müştərək əməliyyatın başlanmasını istəmiş, lakin Vaşinqton tərəfindən qəbul olunmamışdı.

Lukyanov söyləyib: Pentaqonun Suriyada terrorçularla mübarizədə həmkarlıq etməməsi göstərir ki, onlar məsələyə başqa cür baxırlar və Rusiyanın təklifini rədd etdilər.

Rus rəsmi əlavə edib: Moskva qeyri-terrorçu müxaliflərlə həmkarlıq edir və hazırda 100-dən çox şəhər atəşkəs müahidəsinə qoşulub və bu, onu göstərir ki, onlar öz ölkələrinin milli maraqlarını dərk ediblər, amma İŞİD və Cibhətunnusrə üçün Suriya xalqının maraqları önəmsizdir.

Lukyanov Amerikanın bu qərarının anti-Suriya terrorçuları ilə mübarizədə Rusiya üçün olan nəticələri barədə deyib: Təkid etməliyəm ki, bu məsələ Cibhətunnusrə üçün ağrılı olacaqdır.

Suriyada atəşkəs fevralın sonları və martın əvvəllərindən Rusiyanın təzyiqi və Amerikanın qəbulu ilə geniş döyüşlərə son qoydu və onun 140 qrup tərəfindən qəbul edilməsi ilə bu ölkədə nisbi sakitlik yarandı, lakin İŞİD və Cibhətunnusrə kimi terrorçu-təkfirçi qrupları onlara şamil olmurlar və onların yatırılması davam edir.