Amerikalı veteran əsgərlər Tpampa qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i219085-amerikalı_veteran_əsgərlər_tpampa_qarşı_aksiya_keçiriblər
Amerika dəniz qüvvələrinin veteran əsgərlərindən bir qrupu Nyu-Yorkdakı Mənhətən küçələrinə çıxaraq, respublikaçıların qarşıdakı prezident seçkilərinə yeganə namizədi olan Donald Trampa qarşı şüar verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2016 07:16 Asia/Baku
  • Amerikalı veteran əsgərlər Tpampa qarşı aksiya keçiriblər
    Amerikalı veteran əsgərlər Tpampa qarşı aksiya keçiriblər

Amerika dəniz qüvvələrinin veteran əsgərlərindən bir qrupu Nyu-Yorkdakı Mənhətən küçələrinə çıxaraq, respublikaçıların qarşıdakı prezident seçkilərinə yeganə namizədi olan Donald Trampa qarşı şüar verib.

Yahoo Nyus-un məlumatına görə, amerikalı veteran əsgərlər həmçinin Donald Trampın onların respublikaçılara olan cüzi təbliğat köməyi barədəki təhqiqamiz sözlərinə görə üzr istəməsini tələb ediblər.

Amerikalı veteran əsgərlər aksiyanın sonunda bir bəyanat yayıblar. Onlar bu bəyanatda bildiriblər ki, Trampın seçkilərdə qalib gələcəyi halda, bu ölkə daha çox təhlükəsizlik xətərləri ilə üzləşəcəkdir.

Amerikalı veteran əsgərlər əlavə ediblər: Trampın ifratçı və militarist siyasətləri yeni savaşlarda gənc amerikalıların ölümünə səbəb olacaq.

Qalmaqallı mövqelərinə görə, Tramp öz partiya silahdaşları daxil olmaqla geniş müxalifətlərlə üzləşibdir.