5 min PKK-çı Türkiyə və İraqın şimalında öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i219100-5_min_pkk_çı_türkiyə_və_İraqın_şimalında_öldürülüb
Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, 2015-ci il iyun ayının axırlarından bəri Türkiyə ordusunun ölkə daxili və İraqın şimalında həyata keçirdiyi əməliyyatlarda 5 min PKK-çı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2016 12:07 Asia/Baku
  • 5 min PKK-çı Türkiyə və İraqın şimalında öldürülüb
    5 min PKK-çı Türkiyə və İraqın şimalında öldürülüb

Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, 2015-ci il iyun ayının axırlarından bəri Türkiyə ordusunun ölkə daxili və İraqın şimalında həyata keçirdiyi əməliyyatlarda 5 min PKK-çı öldürülüb.

Anadolu İnformasiya Agentliyinin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qaynaqları bildiriblər ki, ölkənin cənub və cənub qərb vilayətləri eləcə də İraqın şimal ərazilərində ötən yayın əvvəllərindən başlayan anti-terror əməliyyatları nəticəsində 4 min 949 PKK-çı öldürülüb. Bu əməliyyatlar nəticəsində 483 təhlükəsizlik qüvvəsi də həyatını itirib.

Həmin məlumatda deyilir ki ölkə daxili və sərhəddən kənarda PKK ünsürlərinə qarşı hərbi əməliyyatlar davam etdirilir.

Türkiyənin təhlükəsizlik mənbələri əlavə olaraq bildiriblər ki, ötən yaydan bəri ölkə daxilində 2583 PKK-çı məhv edilib və 840 PKK-çı da yaralanıb, 214 PKK-çı isə dövlət qüvvələrinə təslim olub.

Məlumatda bildirilir ki, İraqın şimal ərazilərində həyata keçirilən əməliyyatlarda 2366 PKK terrorçusu öldürülüb, 638 nəfəri yaralanıb 437-si isə özlərini Türkiyə sərhəd qüvvələrinə təslim ediblər.

Məlumatda deyilir: Bu müddət ərzidnə ordu və sərhəd qüvvələrindən 483 nəfər PKK ünsürləri tərəfindən öldürülüb, 2859 nəfəri isə yaralanıb.