İngilis əsgərlər- müdafiə nazirliyi başçılarının səhlənkarlıqlarının qurbanları
https://azeri.sahartv.ir/news/dünya-i219124-İngilis_əsgərlər_müdafiə_nazirliyi_başçılarının_səhlənkarlıqlarının_qurbanları
İngiltərədə parlament hesabatı ifşa edib ki, ingilis əsgərlər bu ölkənin müdafiə nazirliyi başçılarının səhlənkarlıqlarının qurbanları olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2016 15:40 Asia/Baku
  • İngilis əsgərlər- müdafiə nazirliyi başçılarının səhlənkarlıqlarının qurbanları
    İngilis əsgərlər- müdafiə nazirliyi başçılarının səhlənkarlıqlarının qurbanları

İngiltərədə parlament hesabatı ifşa edib ki, ingilis əsgərlər bu ölkənin müdafiə nazirliyi başçılarının səhlənkarlıqlarının qurbanları olublar.

İndipendent qəzetinin məlumatına görə, İngiltərə parlamentinin aşağı palatasının seçilmiş müdaifə komitəsi bildirib ki, İngiltərə müdafiə nazirliyinin səhiyyə məsullarının ingilis əsgərlərə "Laryam" adlı xas dərman aşılamaları mənfi təsirlər qoyubdur.

İngiltərə parlamentinin aşağı palatasının seçilmiş müdaifə komitəsinin məlumatında istənilibdir ki, olduqca məhdud hallar çıxılmaqla Laryam dərmanının istehlakı qadağan edilsin.

İntiltərə müdafiə nazirliyi hazırda bu ölkə ordusunun həmin dərmanın istehlakı üzrə səhlankarlığının qurbanları olan yüzlərlə nəfərin qanuni hərəkətilə üz-üzədir; bu dərman onun qurbanlarından bir çoxunun dediyinə görə, onların həyatlarının dağılmasına bais olubdur.

İngiltərə parlamentinin aşağı palatasının seçilmiş müdaifə komitəsinin sədri Culiyan Levis də deyibdir ki, bu dərmanın istehlakının yüksək xətəri onun istehsalçısı olan Roçe şirkəti tərəfindən qabardılıbdır və bu şirkət həmin dərmanın istehlakı üçün çətin şərait təyin edib.

İngiltərə parlamentinin aşağı palatasının seçilmiş müdaifə komitəsi sədrinin sözlərinə görə, bu şərait həmin dərmanın yerləşməkdə olan bir qrup ingilis əsgərə aşılanmasında görməməzliyə vurulmuşdu və tamamilə aydındır ki, İngiltərə müdafiə nazirliyi dərmanı istehsal etmiş şirkətin təyin etdiyi şəraitə etinasızlıq edibdir.

Laryam dərmanı yalnız çox dəqiq və çətin şəraitdə aşılanmalıdır və bu dərman təkcə digər əvəzedici dərmanlara dözməyən kəslərə verilməlidir.