Ermənistan Qarabağ münaqişəsinin həlli üçün yeni şərt irəli sürdü
https://azeri.sahartv.ir/news/dünya-i219370-ermənistan_qarabağ_münaqişəsinin_həlli_üçün_yeni_şərt_irəli_sürdü
Ermənistan xarici işlər naziri deyib: Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2016 06:50 Asia/Baku
  • Ermənistan Qarabağ münaqişəsinin həlli üçün yeni şərt irəli sürdü
    Ermənistan Qarabağ münaqişəsinin həlli üçün yeni şərt irəli sürdü

Ermənistan xarici işlər naziri deyib: Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil.

APA-nın məlumatına görə, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan parlamentdə çıxışı zamanı deyib: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün işçi sənədlərdə Dağlıq Qarabağın danışıqlar tərəfi olmalı olduğu barədə maddə var”.

Onun sözlərinə görə, Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil. Nazir tezliklə Azərbaycanla imzalanması üçün hazır sənədin olmadığını da qeyd edib: “Danışıqların bərpası üçün şərait olmalıdır. Əgər bu şərait və monitorinq imkanı yaradılsa, onda bu danışıqlara başlamaq olar. Hazırda məhz bu istiqamətdə səylər göstərilir. Ola bilsin ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Vyana görüşündə əldə olunan razılaşmaların tam həyata keçirilməsi məsələsi müzakirə edilsin. Bu, sonradan danışıqların növbəti mərhələsinə yol aça bilər”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri 16 mayda Vyanada Qarabağ münaqişəsinin həlli üzrə görüş keçiriblər.

Bu görüşün ikinci turu iyun ayının ortalarında baş tutacaq.