Moskvada İran və Rusiya iş adamlarının iclası işə başlayıb
-
Moskvada İran və Rusiya iş adamlarının iclası işə başlayıb
İran İslam Respublikası və Rusiya Federasiyası iş adamlarının iki günlük iclası Moskvada işə başlayıb. İclasda iki ölkənin 200-dən çox iş adamı, rəsmisi və iqtisadi fəalları iştirak edir.
İRİB-in məlumatına görə, bu iclasın keçirilməsində məqsəd, İran və Rusiyanın qarşılıqlı ehtiyacların təmin olunması istiqamətində müxtəlif sektorlarda istehsal və imkanlarının tanınması, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq fürsətlərinin tanıtdırılmasıdır.
Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının ev sahibliyi ilə keçirilən İran və Rusiya iş adamlarının 2 günlük iclasında iki ölkəin bəzi iqtisadi müəssisələri, o cümlədən İranın Keşavərzi Bankı və Rusiya Ticarət və Sənaye Birliyinin bəzi direktorları iştirak edir.
İran və Rusiyanın ticarət əməkdaşlıqları, çətinliklər və perspektivlər, MDB məkanında Rusiya iqtisadiyyatı və bazarının yeri, Rusiya bazarının ehtiyaclarının müəyyənləşdirilməsi, istehlak bazarının xüsusiyyəti, istehlakçıların davranışları və ehtiyaclarının öyrənilməsi, Rusiyada reklam metodları və brendin yaradılması bu iki günlük iclasın mehvərlərindəndir.