Amerika paytaxtında İslamın sülh və dostluq mesajı
-
Amerika paytaxtında İslamın sülh və dostluq mesajı
Amerikalı müsəlman gənclər İslamofobiyanın yeni dalğası ilə mübarizə və İslamın sülh və dostluq mesajını göstərmək üçün bu ölkənin paytaxtında xalqa çiçək dəstələri hədiyyə ediblər.
Təsnim xəbər agentliyinin məlumatına görə, Meriland və Virciniya ştatları, eləcə də Vaşinqton şəhərinin gəncləri ABŞ paytaxtının izdihamlı metro stansiyalarından birində İslamofobiyanın yeni dalğası ilə mübarizə və İslamın sülh və dostluq mesajını göstərmək üçün öz ölkələrinin vətəndaşlarına qızılgül dəstələri hədiyyə ediblər.
Bu mədəni hərəkətdə Qurandan ayələr, İslam Peyğəmbəri(s.ə.s)-dən və dini şəxsiyyətlərdən hədislər Amerika vətəndaşlarının diqqətini özünə çəkibdir.
Ötən illər ərzində bəzi amerikalı rəsmilərin, xüsusən konqres və senatın bəzi ifratçı nümayəndələrinin ədavətli sözlərinə görə, Amerikada müsəlmanlar daha artıq psixoloji təzyiqlər altında qərar tapıblar.