ABŞ Ərəbistanın Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
https://azeri.sahartv.ir/news/dünya-i219637-abŞ_Ərəbistanın_yəməndə_kasset_bombalardan_istifadə_etdiyini_etiraf_etdi
Yəmənin Ənsarullah Xalq Hərəkatı ABŞ-ın Ərəbistana kasset bombaların təhvil verilməsinin dayandırılmasını Ali-Səudun Yəməndə bu bombalardan istifadə etdiyinə dair etirafı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2016 13:21 Asia/Baku
  • ABŞ Ərəbistanın Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
    ABŞ Ərəbistanın Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi

Yəmənin Ənsarullah Xalq Hərəkatı ABŞ-ın Ərəbistana kasset bombaların təhvil verilməsinin dayandırılmasını Ali-Səudun Yəməndə bu bombalardan istifadə etdiyinə dair etirafı adlandırıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Yəmənin Ənsarullah Xalq Hərəkatının üzvü və Küveyt Müzakirələrində məhbuslar komitəsinin nümayəndəsi Nasir Məhfuz deyib: ABŞ-ın Ərəbistana kasset bombalarını təhvil verməməsi Yəməndə sivillərin sayının artmasından nigaranlığa görədir. Bu məsələ Vaşinqtonun beynəlxalq səhnədə istifadəsi qadağan olunan bu bombalardan Ər-Riyadın istifadə etdiyinə dair etirafıdır.

Nasir Məhfuz əlavə edib: Ərəbistanın Yəmənə hücumu sona çatdıqdan sonra Ənsarullah Hərəkatı bəşəriyyət əleyhinə cinayət ittihamı ilə Ərəbistandan beynəlxalq məhkəmələrə şikayət edəcəkdir.

Nasir Məhfuz həmçinin Yəməndə insan vəziyyəti barədə xəbərdarlıq edib və deyib: Təiz vilayətində, su, elektrik, yanacaq və səhiyyə imkanları yoxdur və vəziyyət acınacaqlıdır.