Amerikalılara etibar etmək olmaz
İran İslam Şurası Məclisinin sədri: Amerikalılar müxtəlif zaman kəsimlərində sübut ediblər ki, onların sözlərinə etibar etmək olmaz. Amerikalılar mövqelərini sürətlə dəyişdikləri üçün bu gün Ukrayna Amerikadan gələcək köməklərə ümid bəsləyə bilməz.
Əli Laricani Tehranda səfərdə olan Ukrayna xarici işlər naziri Pavlo Klimkin ilə görüşdə əlavə edib: Ukrayna böhrandan xilas olmaq üçün regionun şəraitindən istifadə edə və Asiya, Avropa ölkələri ilə iqtisadi əlaqələrini genişləndirə bilər.
İran İslam Şurası Məclisinin sədri daha sonra 10-cu parlamentdə 6-cı inkişaf proqramının araşdırılmasına işarə edərək, deyib: Bu inkişaf proqramında dəmir yolu və hava yolları kimi nəqliyyat şəbəkələrinin genişləndirilməsinə təkid edilib və Ukrayna İranda bu sahə ilə bağlı sərmayə qoya bilər.
Ukrayna xarici işlər naziri Pavlo Klimkin də bu görüşdə Əli Laricanini yenidən İran Parlamentinin sədri seçilməsi münasibəti ilə təbrik edib və deyib: Biz, İran ilə siyasi əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı iqtisadi əlaqələrin də genişləndirilməsinə çalışırıq.
Pavlo Klimkin əlavə edib: Dəmir yolu şəbəkəsinin genişləndirilməsi həmçinin, enerji sektorunda əməkdalıqların genişləndirilməsi üçün münasib zəmin mövcuddur.