Zərif Finlandiya paytaxtında
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Polşa rəsmilərilə görüşlərdən sonra və yaşıl qitəyə dövri səfərinin davamında bazar ertəsi günü gecə Finlandiyanın paytaxtı Helsinkiyə daxil olub.
IRNA-nın məlumatına görə, Zərif Helsinkiyə daxil olarkən müxbirlər qarşısında deyib ki, Fars Körfəzində regional dialoq assambleyasının yaradılması vacibdir.
Zərif son zamanlar Finlandiya dövlətinin təşəbbüsü ilə və İranın öncəki təklifi istiqamətində başlanmış Helsinki siyasi dialoq proqramına toxunaraq, deyib: Fars Körfəzində regional dialoq assambleyasının yaradılması vacibliyini araşdırmaq üçün bu, yaxşı bir fürsətdir.
Zərif həmçinin iranlı heyətin Finlandiyaya səfərinin məqsədlərini bu ölkənin rəsmilərilə müzakirə və iqtisadi əməkdaşlıqların genişləndirilməsi adlandırıb.
İranın diplomatiya idarəsinin başçısı Finlandiya rəsmiləri, o cümlədən bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşləri Finlandiyaya səfərinin digər proqramlarından adlandırıb və ümidvarlıq edib ki, bu görüşlər milli maraqlar üçün faydalı olacaq.
İran İslam Respublikasının xarici işlər naziri Polşada da Varşava universitetində çıxış edərək, bu ölkənin baş naziri və parlament sədri ilə görüşüb və Zərifin iştirakı ilə iki ölkə arasında ticarət memorandum imzalanıb.
Zərif bu səfərin davamında İsveçə, oradan da Latviyaya gedəcək.