Aralıq dənizində mühacirlərin ölümü 34% artıb
-
Aralıq dənizində mühacirlərin ölümü 34% artıb
Beynəlxalq Mühacirət Təşkilatı 2016-cı ilin ilk 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Aralıq dənizində mühacirlərin ölümünün 34% artmasından xəbər verib.
Sin-Xua-nın məlumatına görə, Beynəlxalq Mühacirət Təşkilatı dünən bildirib ki, cari ilin əvvəlindən mayın 29-dək Aralıq dənizində 2443 mühacir həyatını itirib.
Belə bir halda, ötən il yanvarın əvvəlindən mayın sonlarınadək Aralıq dənizində 1828 mühacir həyatını itirib.
Beynəlxalq Mühacirət Təşkilatının məlumatına görə, son 8 gün, 968 mühacirin həlak olması ilə ötən dörd ildə Aralıq dənizində ən ölümcül dövran olubdur.
Bu beynəlxalq təşkilat habelə bildirib ki, 2061 mühacir Aralıq dənizinin mərkəzi məntəqələrində və Afrikanın şimalından İtaliyaya uzanan istiqamətdə, 376 nəfər bu dənizin şərqində və Yunanıstan və Türkiyə sularının yaxınlığında, altı nəfər də Aralıq dənizinin qərbində həlak olub.
Bu məlumata görə, təqribən 204 min 311 mühacir cari ilin əvvəlindən Avropaya daxil olub.