İran və Finlandiya ikitərəfli əlaqələrin genişləndirilməsinə maraqlıdırlar
https://azeri.sahartv.ir/news/dünya-i219874-İran_və_finlandiya_ikitərəfli_əlaqələrin_genişləndirilməsinə_maraqlıdırlar
İranın xarici işlər naziri deyib ki, Amerika avropalı banklara İranla əlaqələrdə əminlik yaratmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2016 10:34 Asia/Baku
  • İran və Finlandiya ikitərəfli əlaqələrin genişləndirilməsinə maraqlıdırlar
    İran və Finlandiya ikitərəfli əlaqələrin genişləndirilməsinə maraqlıdırlar

İranın xarici işlər naziri deyib ki, Amerika avropalı banklara İranla əlaqələrdə əminlik yaratmalıdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Helsinkidə finlandiyalı həmkarı Timo Soini ilə birgə mətbuat konfransında bəzi avropalı bankların İranla əlaqələr üzrə nigaranlıqlarına toxunaraq, deyib: Amerika xarici banklar üçün əminlik yaratmalıdır ki, İranla bağlı mühakiməyə çəkilməyəcəklər.

Zərif deyib: Bu gün İran-Avropa iqtisadi əlaqələr yolunda mövcud olan yeganə maneə bank işləridir, halbuki İranla iqtisadi əməkdaşlıq üçün böyük maraq mövcuddur.

Finlandiyanın xarici işlər naziri də ölkəsinin İranla hərtərəfli münasibətləri genişləndirməyə hazır olduğunu vurğulayaraq, ümidvarlıq edib ki, sanksiyaların götürülməsilə iki ölkə əlaqələri müxtəlif siyasi və iqtisadi sahələrdə genişlənəcək.