Almaniya Bundestaqı Osmanlı dövründə "erməni soyqırımı" layihəsini təsdiqlədi
İyun 02, 2016 16:51 Asia/Baku
Türkiyənin yüksək səviyyəli rəsmilərinin sərt xəbərdarlıqlarına baxmayaraq, Almaniya Bundestaqı 1915-ci ildə Osmanlılar dövründə ermənilərin "soyqırımı" layihəsini təsdiqləyib.
Almaniya Bundestaqı səs çoxluğu ilə ermənilərin "soyqırımı" layihəsini təsdiqləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırım da Almaniya parlamentini bu layihəni təsdiqləməkdən çəkinməyə çağırmışdı.
Türkiyə baş naziri Binalı Yıldırım ötən gün bildirib ki, Almaniya Bundestaqının Osmanlı dövründə ermənilərin "soyqırımı" barəsində rəyi Türkiyə ilə Almaniya əlaqələrinə zərbə vurur.
Ermənilər iddia edirlər ki, 1915-1923-cü illər arasında yüz minlərlə erməni Osmanlı dövləti tərəfindən qətlə yetirilmişdir və bu bir soyqırımı olmuşdur.