Avropa Şurası Türkiyə vətəndaşlarına vizanın ləğvi zamanının yaxınlaşdığını bildirib
https://azeri.sahartv.ir/news/dünya-i221152-avropa_Şurası_türkiyə_vətəndaşlarına_vizanın_ləğvi_zamanının_yaxınlaşdığını_bildirib
AB-nin sədri deyib: Avropa Birliyi Türkiyə vətəndaşlarına bu birliyə üzv ölkələrə viza almadan səfər etmək haqqının verilməsinə yaxınlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2016 11:55 Asia/Baku
  • Donlad Task
    Donlad Task

AB-nin sədri deyib: Avropa Birliyi Türkiyə vətəndaşlarına bu birliyə üzv ölkələrə viza almadan səfər etmək haqqının verilməsinə yaxınlaşıb.

Röytersin verdiyi məlumata görə, Donlad Task bu gün bu xəbəri verərək eyni zamanda deyib: Bu barədə danışıqlar ən azı oktyabr ayınadək davam edəcək. O Almaniyanın Bild qəzetinə verdiyi açıqlamada deyib: Türkiyə vətəndaşları rəsmi Ankaranın qarşısına qoyulan bütün şərtlərin qəbul olunacağı təqdirdə AB-yə vizasız səfər edə biləcəklər.

Türkiyə ilə AB arasında miqrantların qərbi Asiyadan Avropaya hücumunun qarşısının alınması və bunun müqabilində Türkiyə vətəndaşlarına vizasız səfər haqqı verilməsi barədə razılıq əldə olunmuşdur ancaq tərəflərin Türkiyədə anti-terror qanunlar barədə fikir ixtilafları razılaşmanın icrasını dayandırmışdır.

Bəzi Avropa ölkələri Türkiyədə anti-terror qanunların çox geniş dairəni əhatə etdiyini deyirlər rəsmi Ankara isə müxtəlif təhlükəsizlik kəhdidləri ilə qarşılaşmaq üçün bu kimi qanunlara ehtiyaclı olduğunu bildirir.

Ötən Həftə Türkiyə Avropa Birliyi tərəfindən Türkiyə vətəndaşlarına vizanın ləğv edilməsi prosesində irəliləyişlərin olacağını gözlədiyini bildirmişdi.