Hindistan müsəlmanları hinduların hədə qorxularına etiraz ediblər
Hindistan müsəlmanlarından bir qrupu bəzi ifratçı hinduların təfriqəçi bəyanatlarına etiraz əlaməti olaraq Yni Dehlidə mitinq keçiriblər.
İfratçı RSS təşkilatının başçılarından olan Sadvi Praçinin "artıq Hindistanda heç bir müsəlman olmamalıdır" - kimi qalmaqallara səbəb olan bəyanatından sonra bir qrup müsəlman Sadvi Praçiyə ölüm şüarları səsləndirərək Hindistan dövlətindən bu kimi ifratçılarla ciddi qarşılaşmasını istəyiblər.
İRİB-nin Yeni Dehlidən verdiyi məlumata görə, aksiyaçılar ifratçı hinduların müsəlmanlara qarşı şər və böhtanla dolu son ittihamlarını pisləyərək dövlətdən qanuna uyğun olaraq bu kimi şəxsləri həbs və cəzalandırmasını istəyiblər.
Hindistan Demokrat Cəmiyyət Partiyasının sədr əvəzi Şərəfəddin Əhməd deyib: Hamı qanun qarşısında bərabərdir amma xüsusi ideologiyanın nüfuzu altında olan bəzi şəxslər ölkəni Hindu ölkəsinə çevirmək istəyirlər.
Hindistan Cümə İmamları Şurasının baş katibi Mövlana Məhəmməd Hənif də deyib: Firqəçilik təəssübkeşliyini yaymaq konstitusiyaya zidddir və bu kimi hallarla qarşılaşmaq lazımdır.
Öncə də Hindistanın daxili işlər naziri bu ölkə müsəlmanlarını yüksək qiymətləndirərək, Hindistan müsəlmanlarının terrorizm və zorakılıqla mübarizədə ən önəmli rola malik olduğunu vurğulamışdı.