Avropada qalmaq ya qalmamaq
Bu günlər İngiltərənin əsas məsələsi, İngiltərənin Avropa Birliyində qalıb-qalaması barəsində referendumun keçirilməsinə təkcə bir sutka qaldığı bir vaxtda, rəy sorğuları bu birlikdə qalmağın tərəfdarlarının artdığını əks etdirir. Tərəfdarlar Avropa Birliyindən çıxmağı maliyyə böhranları nəticəsində bu birliyin dağılmasını xəbərdarlıq edirlər.
İngiltərədə son qırx ilin ilk referendumu elə bir halda keçirilir ki, Avropa Birliyində qalmağın tərəfdarı və çıxmağın tərəfdarları səsləri toplamaq üçün bütün potensiallar və səylərini göstərirlər. Birlikdən çıxmağın mənfi nəticələri barədə hökumətin 27 milyon 16 səhifəlik broşurunu paylaması, bir çox dövlət rəsmisi, universitet müəllimi, çıxışları və xəbərdarlıqlarından əlavə, məşhur idmançı Deyvid Bekhem İngiltərənin Avropa Birliyində qalmasını müdafiə etmək üçün meydana çıxıb ki, qalmaq istəyən tərəfdarların komandasını gücləndirsin.
İngiltərə vətəndaşı bildirib: Avropa Birliyində qalmaqla güclüyük və daha təsirli olacağıq. Eyni zamanda bizim əsas ixracatımız Avropayadır. Çıxmaqla böyük zərbə alacağıq.
İqtisadiyyat sektoru əsasən İngiltərənin Avropa Birliyində qalmasının tərəfdarlarına diqqətini yönəldib. İngiltərənin 100 əsas şirkətinin səhmlərinin dəyərinin 20%-lik enişi, devalvasiya, diqqəti cəlb edəcək durğunluğun hakim olması, işsizlərə minimum 1 milyon nəfərin əlavə olunması Avropa Birliyindən çıxmaq üçün irəli sürülən önəmli problemlərdən hesab olunur.
İngiltərənin xəzinədarlıq naziri və bu ölkənin Avropa Birliyində qalmasının tərəfdarı olan Corc Özborn deyib: Dünyanın əsas iqtisadiyyatçıları və böyük şirkətlər və fəhlə birlikləri deyirlər ki, əgər Avropa Birliyindən çıxarsaq, böyük iqtisadi təhlükə ilə üzləşəcəyik.
Qarşı tərəfdə birlikdən çıxmağın tərəfdarları çıxmağın mənfi nəticələrinin şişirdilməsində hökuməti suçlayır və bu çıxışın faydalarını bildirirlər.
İngiltərənin İstiqlal Partiyasının rəhbəri və İngiltərənin Avropa Birliyindən çıxmasının tərəfdarı olan Naycl Faraj deyib: Məğlubiyyətə uğramış və bizim geridə qalmağımıza səbəb olan birliyin üzvüyük. Mənim sözüm xanım Merkelin sözüdür. Ötən il dedi ki, Avropa Birliyi ciddi böhranla üzləşib.
İngiltərənin Avropa Birliyində qalması və çıxması üzrə son səylər elə bir haldadır ki, Avropa Birliyində qalmağı dəstəkləyən bir nümayəndənin terror edilməsi şoku hələ də İngiltərənin iltihablı şəraitinə hakimdir. Bu arada rəy sorğularına görə, birlikdə qalmaq tərəfdarlarının 5% artması bu referendumun təşkilatçısı olan mühafizəkar hökumətin yeni nəfəs almasına səbəb olub. Əlbəttə nigaranlıqla.