Türkiyə alman heyətin girişinə izn vermədi
Spiegel Online dərgisi yazıb: Almaniya parlamentində iddia olunan erməni soyqırımının tanınması ilə əlaqədar qətnamənin qəbul olunmasına görə, rəsmi Ankara Almaniyanın Müdafiə Nazirliyindən yüksək səviyyəli bir heyətin Türkiiyəyə daxil olmasına izn verməyib
Türkiyə Almaniyanın müdafiə nazirinin müavini Ralf Brasukipenin bu ölkəyə girişinə icazə verməyib. Alman rəsmi İncirlik hava bazasında alman əsgərlərlə görüşmək istəyirmiş.
Hələlik allman siyasətçilər rəsmi Ankara tərəfindən arzuolunmaz şəxslər hesab olunmaqdadırlar.
Spiegel Online həmçinin Almaniyanın yüksək rütbəli hərbi rəsmilərindən birinə istinadla yazıb: Türkiyə dövlətinin bu qərarı sadəcə erməni soyqırımı barədə Almaniya parlamentində qətnamənin qəbul olunmasına görədir.
Türkiyə dövləti Almaniyadan bir qrup jurnalistin də İncirlik hava bazasına gəlmək istəyi ilə razılaşmayıb. İncirlik hava bazasında Almaniyanın bir neçə hərbi təyyarəsi və yanacaq doldurma mərkəzi var.