İyun 27, 2016 11:47 Asia/Baku
  • Avropada populist hərəkatlar dalğası
    Avropada populist hərəkatlar dalğası

Politikonun jurnalisti bildirib ki, Avorpada populist hərəkatların dalğası başlanıb.

CNN telekanalının məlumatına görə, Rayan His bu telekanalla müsahibədə İngiltərənin Avropa Birliyindən çıxması məsələsi və bunun digər ölkələrə sirayət etməsi barəsində deyib: Hazırda İngiltərənin Avropa Birliyindən çıxması ilə əlaqədar müzakirələrə başlamaq üçün münasib şərait yoxdur. Çünki hazırda Avropanın önəmli ölkələrinin problemləri vardır. İspaniya siyasi böhranla üzləşib və bu ölkədə ötən 6 ayda ikinci dəfə olaraq seçkilər keçirilir. Seçkilərin üçüncü dəfə də keçirilməsi mümkündür. Fransa və Hollandiyada da Avropa birliyindən çıxmaq üçün hərəkətlər vardır və İngiltərənin Avropa Birliyindən çıxması üçün referendumdan sonra ruhlanan sağçı partiyalar əlavə səs qazanmaq üçün çalışırlar. Bu da Avropa Birliyindən çıxması üçün onların mövqeyini gücləndirə bilər. Macarıstanda oktyabr ayında miqrant barəsində referendum keçiriləcək. Lakin onun nəticəsini Avropa Birliyi barəsində xalqın rəyi kimi izah etmək olar. Avropa Birliyindən çıxmaq istəyən Danimarka kimi ölkələrin hələlik bu dövriyyə daxil olması üçün çoxlu məsafə vardır. Hər halda biz, Avropada insanların səsini qazanmaq və onları Avropa Birliyindən çıxmağa təhrik etmək üçün populis siyasətçilərin təbliğatla məşğul olmasının şahidiyik.

Bu jurnalist Şotlandiyanın İngiltərədən ayrılması barəsində deyib: İngiltərənin Avropa Birliyindən çıxması və şotlandların İngiltərənin Avropa Birliyindən qalmasına səs verməsi ilə bu ehtimal vardır ki, Şotlandiya rəhbərliyi bir daha Avropa Birliyində qalmaq və ya bu birliyə qayıtmaq üçün referendum keçirsin. Əlbəttə Şotlandiya İngiltərədən ayrılarsa, Avropa Birliyinə qayıtmaqda maneələrlə üzləşəcək. Separatçı hərəkatları olan İspaniya kimi ölkələrin Şotlandiyanın yenidən Avropa Birliyinə qoşulmasına qarşı çıxması mümkündür. Çünki onu separatçıların müstəqillik üçün təhrik olunması hesab edirlər.

Teqlər