Almaniyada yaşayan yəmənlilər BMT-nin qərəzli mövqeyinə etiraz etdilər
https://azeri.sahartv.ir/news/dünya-i223096-almaniyada_yaşayan_yəmənlilər_bmt_nin_qərəzli_mövqeyinə_etiraz_etdilər
Almaniyada yaşayan bir qrup yəmənli Hamburq şəhərində piket təşkil edərək, BMT-nin Yəmənə qarşı təcavüzlərlə bağlı təcavüzkar tərəfi himayə etmə mövqeyini qınayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2016 10:36 Asia/Baku
  • Almaniyada yaşayan yəmənlilər BMT-nin qərəzli mövqeyinə etiraz etdilər
    Almaniyada yaşayan yəmənlilər BMT-nin qərəzli mövqeyinə etiraz etdilər

Almaniyada yaşayan bir qrup yəmənli Hamburq şəhərində piket təşkil edərək, BMT-nin Yəmənə qarşı təcavüzlərlə bağlı təcavüzkar tərəfi himayə etmə mövqeyini qınayıblar.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, hüquq müdafiəçiləri və siyasətçilərin də qatıldığı bu etiraz aksiyasında BMT-nin Yəmənə təcavüz edən ölkələri himayə etməsi və Yəməndə uşaqlara qarşı törədilən cinayətlərə göz yumması tənqid edilib.

Bu etiraz aksiyasında Yəməndə törədilən cinayətlərlə bağlı bir animasiya da nümayiş etdirilib və izləyicilər tərəfindən yüksək səviyyədə qarşılanıb.