İyun 30, 2016 10:36 Asia/Baku
  • Rusiya Avropa Birliyi və ABŞ əleyhinə sanksiyaların müddətini uzatdı
    Rusiya Avropa Birliyi və ABŞ əleyhinə sanksiyaların müddətini uzatdı

Avropa Birliyi və ABŞ-ın Rusiya əleyhinə sanksiyalarının davam etməsinə reaksiya olaraq bu ölkə qərb əleyhinə qarşılıqlı olaraq sanksiyaların müddətini 18 ay müddətinə uzadıb.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanan sənədə əsasən bu sanksiyaların müddəti 2017-ci ilin 31 dekabrına qədər uzadılıb.

Bu sanksiyalar Avropa Birliyinə üzv ölkələr və ABŞ-dan idxal olunan ərzaq, kənd təsərrüfatı və heyvandalıq məhsulların qadağasına şamil olur.

Teqlər