İngiltərə və Avropa Birliyi əlaqələrində qarışıqlıq
Fransa prezidenti Fransua Olland İngiltərəyə xəbərdarlıq edib ki, bu ölkə Avropa Birliyindən çıxdığı zaman nəzərdə tutduğu bütün imtiyazları ala bilməz.
Press TV-nin məlumatına görə, Fransua Olland deyib: İngiltərə Avropa bazarında öz yerini müəyyənləşdirməlidir. Əgər İngiltərə vahid bazarda qalmaq istəyirsə, onun xərcini tam şəkildə, o cümlədən hərəkət sərbəstliyi haqqını ödəməlidir. Biz bu barədə öz haqqımıza göz yuma bilmərik. Hərəkət sərbəstliyi tam şəkildə və hər dörd müddəası icra olunmalıdır. Biz sərmayə, məhsul və xidmətlərin azadlığını icra edə və insanların sərbəst hərəkətinə çatdığı zaman bu qanunun icrasından vaz keçə bilmərik. Prosedura belədir ki, ya hərəkət sərbəstliyi qanunun hər 4 müddəası icra olunmalıdır, ya da heç biri.
Olland İngiltərədə son referendumun nəticələrinin araşdırılması üzrə Brüsseldə keçirilən Avropa Birliyi dövlət başçılarının iclasının ilk gününün sonunda bəyan edib.
Almaniya kansleri Angella Merkel də Avropa Birliyindən ayrılmağa dair İngiltərənin qərarında dəyişikliyi mümkünsüz adlandırıb.
Merkel bildirib: İngiltərə Avropa Birliyindən çıxmaq üzrə rəsmi müraciətini etmədiyi zamana qədər bu ölkənin ayrılması barəsində heç bir müzakirə aparılmayacaq. Qeyd edək ki, İngiltərə Lissabon sazişinin 50-ci maddəsini icra etmək üçün Avropa ölkələrinin güclü təzyiqi ilə üzləşib. 50-ci maddəni icra etmək iki illik prosesin başlanması deməkdir. Onun sonunda İngiltərə tam şəkildə Avropa Birliyindən ayrılacaq.
İngiltərədə referendumun nəticələri qarışıqlığın yaranmasına səbəb olub. Bir çox ekspertin qənaətincə, sonda İngiltərə və Avropa Birliyi arasında ixtilafların yaranması ilə nəticələnəcək.