Məhdudiyyətlər Afrikada Fitr Bayramı namazının qılınmasına mane olmadı
https://azeri.sahartv.ir/news/dünya-i224416-məhdudiyyətlər_afrikada_fitr_bayramı_namazının_qılınmasına_mane_olmadı
Afrika müsəlmanları məhdudiyyətlərə rəğmən Fitr Bayramı namazında iştirak etdilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2016 07:12 Asia/Baku
  • Afrikada Fitr Bayramı namazı
    Afrikada Fitr Bayramı namazı

Afrika müsəlmanları məhdudiyyətlərə rəğmən Fitr Bayramı namazında iştirak etdilər.

Frans 24 telekanalının verdiyi məlumata görə, milyonlarla müsəlman Fitr Bayramını qeyd edib.

Son günlər İslam ölkələrində həyata keçirilən qanlı terror aktlarının Fitr Bayramı ərəfəsinə təsadüf etməsinə baxmayaraq, insanlar Fitr Bayramı namazında geniş formada iştirak etdilər və dünyaya sülh şüarları verdilər.

Nigeriyada da Boko Haram terror təşkilatı daim namaz qılmaqla məşğul olan müsəlmanları hədəfə alır. Buna baxmayaraq Nigeriyanın paytaxtı Laqosda Fitr Bayramı namazı geniş formada təşkil edilib.

Liviyanın Tripoli şəhərində də İŞİD terror qruplaşması bayram namazının qılınmasına mane ola bilməyib.