İyul 31, 2016 12:52 Asia/Baku
  • Rusiya prezidenti
    Rusiya prezidenti

Euronews telekanalı bildirib ki, Ruisya Avropanın sanksiyaları ilə mübarizə üçün Sloveniyadan kömək ala bilər.

Bu telekanal Rusiya prezidentinin Sloveniyaya səfəri barəsində bildirib: Bu Vladimir Putinin Sloveniyaya üçüncü səfəri hesab olunur. Rusiya prezidenti öz həmkarının dəvəti ilə I Dünya Müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmək üçün bu səfəri həyata keçirib. İki ölkə prezidentləri yüz il öncə həlak olan rus əsgərlərinin xatirəsinə tikilən Virsic rus kilsəsinə gedib. Bu kilsə Rusiya və Sloveniyanın dostluğunda önəmli simvol hesab olunur.

Putin öz çıxışında deyib: Səmimi qəlbdən, Rusiyanın və şəxsən öz adımdan bu qurbanların xatirəsinin yad olunması üçün göstərdikləri bütün səylərə görə Sloveniya və onun xalqına təşəkkürümü bildirirəm.

Amma Sloveniya vətəndaşları paytaxta iki hissəyə bölünüb: Bir qrupu Putin əleyhinə, digər qrupu isə ona dəstək üzrə aksiya keçirib. Bu səfərin rəsmi səfər olmasına baxmayaraq, bir çox diplomat Rusiya prezidentinin lobbiçilik üçün çoxlu səylərinə şübhə ilə yanaşırlar. Sloveniya Avropa Birliyi və NATO-nun üzvüdür və Avropanın sanksiyaları ilə mübarizə üçün Rusiyanın müttəfiqi ola bilər.

Teqlər