Avq 05, 2016 19:47 Asia/Baku
  • Kəşmir Azadlıq Konfransının başçıları həbs edildi
    Kəşmir Azadlıq Konfransının başçıları həbs edildi

Hindistanın təhlükəsizlik qüvvələri Kəşmir Azadlıq Konfransının başçılarını həbs ediblər.

İRİB-nin verdiyi məlumata görə, Hindistanın təhlükəsizlik qüvvələri cümə günü Kəşmir Azadlıq Konfransının başçılarından olan Seyid Əlişah Gilani və Mirvaiz Ömər Qaruqu həbs ediblər.

Kəşmir Azadlıq Konfransı bu gün xalqı hökumət əleyhinə ümumi etiraz və tətil aksiyasına dəvət edib.

Həmçinin, Kəşmirin bir neçə məntəqəsində Hindistanın təhlükəsizlik qüvvələri ilə əhali arasında toqquşma baş verib. Bir neçə nəfər ölüb və yaralanıb.

Teqlər