Avq 17, 2016 10:55 Asia/Baku
  • Avropa Şurası Türkiyədəki suriyalı didərginlərin vəziyyətindən
    Avropa Şurası Türkiyədəki suriyalı didərginlərin vəziyyətindən "nigarandır"

Avropa Şurası bir hesabat yayaraq, Türkiyədəki suriyalı mühacirlərin vəziyyətindən "nigaran" olduğunu bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Avropa Şurası çərşənbə axşamı bir hesabat yayaraq, Türkiyədə mühacir düşərgələrindən kənarda yaşayan suriyalı mühacirlərin vəziyyətinə işarə edərək, uşaqların işləməsi, az yaşlı qızlar arasında evlilik hallarının artması və digər məsələlərlə bağlı "nigaranlıq" edib. 

Avropa Şurasının Türkiyədəki mühacirlərlə bağlı xüsusi nümayəndəsi Tomas Bosk tərəfindən hazırlanan hesabatda deyilir: Suriyalı mühacirlər, beynəlxalq himayə tələb edənlər və Türkiyədə yaşamaq üçün humanitar icazə vərəqəsinə malik olanlar mühacir düşərgələrindən kənarda yaşayırlar. 

T.Bosk bu şəxslərin sığınacaqlara malik olmadığını və heç bir maliyyə yardımları almadıqlarını bildirərək, onların yoxsul vəziyyətdə yaşadıqlarını deyib. 

Bu hesabatda həmçinin deyilir: Toxuculuq və kənd təsərrüfatı sahəsində işləyən uşaqların sayı xeyli artıb. Bu da onların ruhi və fiziki istismara məruz qalması ehtimalını artırır. 

T.Bosk öz hesabatında Türkiyə rəsimlərindən istəyir ki, bu uşaqlr üçün daha yaxşı şəraitin yaradılmasına səy göstərsinlər. 

 

Teqlər