Avq 23, 2016 10:44 Asia/Baku
  • Türkiyə öz səfirini Avstriyadan geri çağırdı
    Türkiyə öz səfirini Avstriyadan geri çağırdı

Türkiyə Avstriyadakı səfirini geri çağırıb.

İRNA-nın məlumatına görə, Türkiyə Vyana və Ankara arasında diplomatik gərginliyin artmasının ardınca bazar ertəsi günü öz səfirini Avstriyadan geri çağırıb. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə deyib: Avstriya son zamanlar islamofobiyanın mərkəzinə çevrilib. 

Ötən həftə Avstriyada çıxan Kronon Zaytunq qəzeti Vyananın beynəlxalq hava limanındakı reklam tablolarında məzmunu  "Türkiyədə yaşı 15-dən az olan uşaqların cinsi istismarına icazənin verildiyini bilirsinizmi?" olan afişalar yerləşdirib. 

Avstriyanın Xarici İşlər Nazirliyi Türkiyə əleyhinə aparılan bu mənfi təbliğatı "söz azadlığı" adlandırıb. 

Ankara və Vyana arasında gərginliyin artmasının ardınca Avstriyanın xarici işlər naziri Sebastiyan Kurz Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin durdurulmasını istəyib. 

Avstriyanın müdafiə naziri Piter Deskozil də Türkiyə dövlətini diktatorluqda ittiham edərək, AB-də belə bir ölkəyə yer olmadığını deyib. 

Teqlər