Avq 30, 2016 17:38 Asia/Baku
  • Hindistanda qarşıdurma və etirazlar davam edir
    Hindistanda qarşıdurma və etirazlar davam edir

Hindistanın nəzarətində olan Kəşmirdə komendant saatının ləğv olunması ilə bu bölgədə qarşıdurma və etirazlar davam edib.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, bazar ertəsi günü Kəşmirdə Hindstan polisi və etirazçılar arasında baş verən qarşıdurmalar zamanı etirazçılar polisə daş atıblar. 

Kəşmir və Hindistanın təhlükəsizlik qüvvələri arasında qanlı qarşıdurmalar ötən iki ay ərzində 90 nəfərin ölməsi və 7 min nəfərin yaralanması ilə nəticələnib. 

1989-dan bəri kəşmirlilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma 68 min nəfərin həlak olması və yaralanmasına səbəb olub. 

Teqlər