Sen 26, 2016 14:52 Asia/Baku
  • Bosniya serblərinin milli günü müəyyən edildi
    Bosniya serblərinin milli günü müəyyən edildi

Bosniya və Herseqovinanın "Serbska Respublikası"nda keçirilən referendumun nəticələrinə görə, referendumda iştirak edənlərin 99.79%-i "9 Yanvar" tarixini Bosniya və Herseqovina serblərinin milli günü elan edilməsinə səs verib.

Serbiya kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Serbska Respublikasında keçirilən referendumun icraçı komissiyası bir bəyanat yayaraq, referendumda iştirak haqqına malik olanların 60%-nin referendumda iştirak etdiyini elan edib. 

Serbska Respublikasının prezidenti Milorad Dodik Banyalukada etdiyi çıxışında Serbska Respublikasının referendum keçirməklə heç bir tərəf üçün təhdid və ya təhlükə yaratmaq niyyətində olmadığını bildirib. 

O deyib: Bu referendum Serbska Respublikasının Bosniya və Herseqovina Federasiyasından ayrılması üçün yox, milli günün müəyyən edilməsi üçün olub. 

Beynəlxalq ictimaiyyət, Avropa Birliyi, Konstitusiya Məhkəməsi və Bosniya və Herseqovinada sülhə nəzarət şurası isə belə bir referendumun keçirilməsi ilə müxalifət etmişdilər. 

M.Dodik isə milli günün təyin edilməsi üçün referendumun keçirilməsinə təkid edərək, bu etirazlara əhəmiyyət verməmişdi. 

Bosniya və Herseqovina Federasiyasının Konstitusya Məhkəməsi ölkənin ən böyük və ali məhkəmə orqanı olaraq bu referendumu ölkə qanunlarına zidd elan edib. 

Teqlər