Tereza Mey: Avropa İttifaqını tərk edirik!
İngiltərənin baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının Birmenqamda keçirilən konfransının açılış mərasimindəki çıxışı zamanı deyib: Avropa İttifaqını tərk edirik.
İngiltərənin Mühafizəkarlar Partiyasının başçısı Tereza Mey deyib: "Bəzi siyasətçilər belə inanırlar ki, referendumu inkar etmək olar. Amma, "BREXİT" elə "BREXİT" deməkdir. Və biz bunun daha yaxşı formada baş tutmasına səy göstərməliyik. Amma, bu referendumun keçirilməsinin yanlış olduğunu deyənlərə sözüm budur ki, O, İngiltərə xalqına etibar etdi. Bu gün bizim barəsində danışdığımız fərqlidir. İstər xalq istəsin, istər yox. İngiltərə Avropa İttifaqından çıxmağa səs verdi. Və bu o deməkdir ki, biz Avropa İttifaqını tərk edəcəyik. Biz "BREXİT"lə bağlı referendumda Britaniya olaraq ( İngiltərə, Uelz, Şotlandiya və Şimali İrlandiya) iştirak etdik, Britaniya olaraq müzakirə aparacağıq və Britaniya olaraq Avropa İttifaqını tərk edəcəyik. "BREXİT"dən qaçış yoxdur. Və mən millətçilərin Britaniyanı təşkil edən 4 üzv arasındakı birliyi pozmalarına icazə verməyəcəm. İngiltərə Avripa İttifaqından çıxmaq üçün Norveç və ya İsveçrə modelini seçməyəcək və Avropa İttifaqı ilə müstəqil bir ölkə kimi anlaşacaq."