Okt 15, 2016 11:02 Asia/Baku
  • Kollektiv Təhlükəsizlik Paktına üzv ölkələrin İrəvan sammiti
    Kollektiv Təhlükəsizlik Paktına üzv ölkələrin İrəvan sammiti

Kollektiv Təhlükəsizlik Paktına üzv ölkələrin bir günlük sammiti Ermənistanın paytaxtı İrəvanda bir bəyanat qəbul edərək, işini başa vurub.

İRNA-nın məlumatına görə, Kollektiv Təhlükəsizlik Paktına üzv ölkələrin sammiti cümə günü Ermənistanın sədrliyi ilə İrəvanda keçirilib. Sammitdə Rusiya, Ermənistan, Qırğızıstan və Tacikistan prezidentləri, habelə, Qazaxıstanın baş naziri iştirak edib. 

Kollektiv Təhlükəsizlik Paktına üzv ölkələr İrəvan sammitinin sonunda bir bəyanat yayaraq, ABŞ-ın bu pakta üzv ölkələr ilə sərhəd məntəqədə raket sistemlərinin  yerləşdirilməsi üzrə birtərəfli addımının beynəlxalq təhlükəsizlik üçün yaratdığı təhdidlərə və mənfi təsirlərə təkid edərək, bu məsələdən nigaranlıq ediblər. 

İrəvan sammitində  Qarabağ münaqişəsi barədə də bir bəyanat verilib. Bəyanatda münaqişənin dinc və siyasi yolla həllinə təkid edilib. 

Bu iclasda həmçinin, 24 sənəd üzv ölkələr tərəfindən təsdiq edilib. Kollektiv Təhlükəsizlik Paktının 2050-ci ilə kimi strategiyası və böhran zamanı sürətli reaksiyanın verilməsi sənədləri də təsdiq edilən sənədlərdən olub. 

Belarus gələn il üçün Kollektiv Təhlükəsizlik Paktına sədr seçilib. 

Kollektiv Təhlükəsizlik Paktının baş qərargahı Moskvada yerləşir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan bu pakta üzvdür. 

Teqlər