Klinton-Tramp dueli: Bir-birlərinin iç üzlərini açdılar
-
Klinton-Tramp dueli: Bir-birlərinin iç üzlərini açdılar
ABŞ prezidentliyinə namizədlər son teledebatda bir-birlərinin mövqelərini sərt şəkildə tənqid atəşinə tutublar.
Amerika prezidentliyinə namizədlərin üçüncü və sonuncu teledebatında Amerika ictimaiyyəti və bu ölkə rəsmilərinin funksiyasının həqiqətləri daha çox aşkarlanıb. Əxlaqi pozuntular və Qətər və Ərəbistanın çirkli pullarının daxil olmasından tutmuş, 20 trilyondan çox borc və iqtisadi durğunluqda işsizlik səviyyəsinin yuxarı həddə olması, amerikalı siyasətçilər və hökumət rəsmilərinin terrorçulara dəstəyi, həmçinin sərbəst şəkildə silahın gəzdirilməsi, homoseksuallara və aborta dəstəyə qədər. Bu arada seçkilərin şəffaflığının naməlum vəziyyətdə olması və saxtakarlığın baş verməsi iddiası Amerikada seçki kampaniyasında irəli sürülən önəmli məsələlərdəndir.
Bu teledebatın aparıcısı Kris Vallasın ağır gecəsi idi.Onlar dəfələrlə bir-birinin sözünün arasına girdilər və on dəfədən çox bir-birini yalançı adlandırdılar.
ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp deyib: Hillari Klinton isbat edib ki, yalançıdır.
Hillari dedi ki, Amerikada ildə 33 min nəfər odlu silahla öldürülürlər.
ABŞ prezidentliyinə Demokrat namizəd Hillari Klinton deyib: Hər il 33 min amerikalı silahlı insidentlər nəticəsində ölür. Biz insanların keçmişini araşdırmaq üçün müəyyən struktura ehtiyaclıyıq və silah gəzdirmə haqda çatışmazlıqları aradan qaldırmalıyıq.
Amerika ictimaiyyətində heroinin yayılması kimi problem hər iki namizədin qeyd etdiyi problem idi.
ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp deyib: Bir neçə gün öncə Nyu-Hempşirdə idim. Hillari Klinton və Barak Obama bu bölgə əhalisi üçün çoxlu problemlər yaratmışlar. Amma Nyu-Hempşir bölgəsinin əsas problemi heroindir ki, ölkənin cənub sərhədlərində çox müşahidə olunur. Bu heroin, bizim gənclərimizi məhv edir.
Hillari Putin və Rusiyanı elektron məktublarını yaymaqda və kiber casusluqda suçlayıb. Və Tramp dedi ki, əgər Hillarinin fəaliyyət keçmişini bilmək istəyirsənsə, Suriyadakı vəziyyətə baxın, Liviya və İraqın vəziyyətinə baxın. İŞİD-i Hillari yaradıb. Çünki o və Obama İraqda böyük bir boşluğu yaratdılar və kiçik qrup bu böyük boşluğu doldurdu.
Tramp Hillarinin Klinton fondu adı ilə Ərəbistan və Qətərdən pul aldığını deyib.
Tramp deyib: Səudiyyə Ərəbistanı Hillarinin seçki kampaniyasına 25 milyon dollar kömək edib. Qətər və digər ölkələr də həmçinin.
Hər ikisi, iş və əmək vəziyyətinin düzəlməsi üzrə vətəndaşlara vəd veriblər. Deyiblər ki, Obamanın dövründə Amerikanın borcu ikiqat artıb. Və təkcə 1% iqtisadi inkişafımız olub.
Tramp deyib: 1%-lik iqtisadi inkişaf Amerika üçün faciədir. Necə ki, iş yerlərinin artması ilə haqda yayımlanan hesabatlar da faciəvidir. Ölkəmiz durğunluq içindədir. Bir çox iş yerləri itirilib. Bir çoxunun gəliri məhv olub. Artıq bir şey istehsal etmirik.
Hillari deyib: Orta kütlə inkişaf etdiyi zaman Amerika inkişaf edir. Deməli, mənim proqramım budur ki, orta kütlə ailələrinə əlavə fürsətlərin verilməsinə əsasən iqtisadi inkişaf olmalıdır.
Bir Amerika vətəndaşı deyib: Tamamilə iki fərqli şəxsiyyətdir və biz pis və daha pis arasında birini seçməyə məcburuq.
Başqa bir amerikalı deyib: İki namizəddir ki, heç birinin hətta səs verməyə ləyaqəti çatmır.
Amerika seçkilərinə artıq 18 gün qalıb. Görünür bu teledebatın sonunda, Hillari Klinton Trampla arasında olan məsafəni qoruyub saxlaya bilmişdir. Bununla belə, indi hamı rəy sorğularının nəticələrini gözləyir. Bu dəqiq rəy sorğuları bu teledebatın qalibinin kim olduğunu müəyyənləşdirə bilər.