Avropanın cənubunda təyyarə qəzası
https://azeri.sahartv.ir/news/dünya-i241562-avropanın_cənubunda_təyyarə_qəzası
Aeroport mənbələri Avropa Birliyinin rəsmilərini daşıyan kiçik bir təyyarənin Avropanın cənubunda Malta respublikası ərazisində qəzaya uğramasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2016 12:19 Asia/Baku
  • Avropanın cənubunda təyyarə qəzası
    Avropanın cənubunda təyyarə qəzası

Aeroport mənbələri Avropa Birliyinin rəsmilərini daşıyan kiçik bir təyyarənin Avropanın cənubunda Malta respublikası ərazisində qəzaya uğramasından xəbər veriblər.

PressTv-nin verdiyi məlumata görə, həmin mənbələr bu gün sözü gedən təyyarənin Aralıq dənizinin ortalarında yerləşən Malta adalarında düşdüyünü bildiriblər. 

Məlumata görə, hadisə bu gün sözü gedən təyyarənin Liviyanın Misratə şəhəri məqsədi ilə havaya qalxdığı zaman baş verib.

 Hadisə nəticəsində təyyarənin 5 sərnişini ölüb. Qəzaya uğramış təyyarə 10 sərnişin daşıya bilir məhz buna görə də,Yardım qüvvələri ərazidə axtarış aparırlar. 

Avropanın sərhədlərinə nəzarət məsuliyyətini daşıyan qurum olan " Fronteks" qəzaya uğramış təyyarənin bu quruma aid olmadığını bildirib. 

Hələlik hadisədə ölənlər barədə ətraflı məlumat yayılmayıb.