Noy 07, 2016 12:01 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

İsveçrənin Lund Universitetinin müəllimi olan Yan Luberq NATO-ya üzv ölkələrin Ərdoğanın Türkiyədə gördüyü işlər barədə sükut etmələrini tənqid edib.

PressTV-nin verdiyi məlumata görə, Yan Luberq bu telekanala verdiyi müsahibədə deyib: Türkiyədə çəkişmələr davam edir. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan müxaliflərinə qarşı qeyri demokratik metodlardan istifadə edir. Belə bir şəraitdə Yaxın Şərq böhranının əsas oyunçuları regiondakı bataqlıqda ilişib qalıblar. Ərdoğan isə başqalarının etdikləri kimi ittiham barmağını digərlərinin üzərinə tuşlayır. Halbuki, elə özü həmin işləri görməklə məşğuldur. Regiondakı dövlət və qeyri dövlət oyunçuları eyni zamanda fərqli və bir sıra işlər görməklə məşğuldurlar. Halbuki, bu rəftarlar başqalrı üçün o qədər də məntiqli görünmür. Regiondakı koalisiyalar davamlı şəkildə və sürətlə dəyişməkdədir. "Düşmənimin düşməni dostumdur" prinsipi əsasında atılan addımlar o qədər də davamlı olmur və sürətlə dəyişir. Belə bir şəraitdə Ərdoğanın müxalifləri ilə davranışı nə qədər sərt olarsa, Türkiyənin Avropa Birliyinə üzvlüyü və regiondakı mühacirlərin Avropa tərəfindən qəbul edilməsi ilə bağlı problemləri də bir o qədər artmış olacaq. Bu arada NATO ölkələrinin Türkiyə olayları bərabərində sükut etməsi də diqqət çəkir. Bu isə düşündürücü məqamdır."

Teqlər