AB Türkiyəni tənqid etməkdə davam edir
https://azeri.sahartv.ir/news/dünya-i244472-ab_türkiyəni_tənqid_etməkdə_davam_edir
Avropa Birliyi bir daha rəsmi Ankaranı müxalif qruplarla siyasi danışıqları bərpa etməyə və demokratiyanı qoruyub-saxlamağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 11:19 Asia/Baku
  • AB Türkiyəni tənqid etməkdə davam edir
    AB Türkiyəni tənqid etməkdə davam edir

Avropa Birliyi bir daha rəsmi Ankaranı müxalif qruplarla siyasi danışıqları bərpa etməyə və demokratiyanı qoruyub-saxlamağa çağırıb.

AB dünən bir bəyanat yayaraq Türkiyədə gedən son proseslərin "nigarançılığa" səbəb olduğunu bildirib. Bəyanatda deyilir ki, AB  üzvləri Türkiyənin insan haqlarına, qanun aliliyinə, təməl azadlıqlar və fərdi hüquqlara hörməti təmin edən parlamental demokratiyasını mühafizə etməsini istəyirlər. 

AB-nin xarici siyasət üzrə koordinatoru Federika Moqerini tərəfindən yayılan bəyanatda deyilir: Türkiyə PKK-nı terrorçu qruplaşma adlandıra bilər, amma qanuni bir kürd partiyasının deputatlarını həbs etmək cəmiyyətdə qütbləşməyə səbəb ola bilər.