Moldova prezident seçkisində Rusiya tərəfdarı qalib gəldi
https://azeri.sahartv.ir/news/dünya-i245333-moldova_prezident_seçkisində_rusiya_tərəfdarı_qalib_gəldi
Moldovada prezident seçkilərinin 2-ci turunda Rusiyanın tərəfdarı olan Sosialist partiyasının namizədi qalib gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2016 11:14 Asia/Baku
  • İqor Dodon
    İqor Dodon

Moldovada prezident seçkilərinin 2-ci turunda Rusiyanın tərəfdarı olan Sosialist partiyasının namizədi qalib gəlib.

Rossiya Seqodnya İnformasiya Agentliyinin məlumatına görə, Moldova Mərkəzi Seçki Komissiyası bazar ertəsi günü bildirib: 99,09% səslərin sayılmasından sonra Sosialist partiyasından İqor Dodon 53,12% səs toplayıb.

Addım və Həmrəylik partiyasının lideri Maya Sando 46,88% səs toplayıb.

Dodon Moldova Mərkəzi Seçki Komissiyasının elanından sonra jurnalistlər qarşısına çıxaraq seçkilərdə qalib gəldiyini elan edib.

Təxminən 3,5 milyon əhalisi ilə Avropada ən yoxsul ölkə olan Moldova müxtəlif məsələlər, o cümlədən maliyyə rüsvayçılıqları və korrupsiya ilə üzləşmişdir.

Ötən il Moldova siyasi etirazlar və böyük iğtişaşların şahidi oldu. Səbəbi bu ölkənin üç bankından bir milyard dolların gizli şəkildə yoxa çıxması idi. Bu da xalqın qərbin tərəfdarı olan koalisiya hökumətinə dəstəyinin zəifləməsinə gətirib çıxardı.